Hüquqi maarifləndirmə

Müvəkkil insan hüquqlarının müdafiəsi, şikayətlərin qəbul edilməsi ilə yanaşı, əhali arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə də xüsusi diqqət yetirir. Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi işinin səmərəliliyini artırılması məqsədilə Ombudsman ixtisaslaşmış müşavirlər təyin etmişdir. Müvəkkil fəaliyyəti dövrü ərzində insan hüquqları sahəsində təhsilə xüsusi önəm verməklə yanaşı, əhali qruplarına, o cümlədən uşaqlara, qadınlara, gənclərə, ahıllara, əlilliyi olan şəxslərə, qaçqın və məcburi köçkünlərə, hərbi qulluqçulara, məhkumlara ünvanlanan hüquqi maarifləndirmə tədbirləri həyata keçirir.

Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il “18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində 18 may - 18 iyun respublikamızda “İnsan hüquqları aylığı”, 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə 21 avqust - 21 sentyabr tarixləri “Sülh aylığı”, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi günü münasibəti ilə  20 oktyabr - 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilmiş, Aylıq çərçivəsində tədbirlərin keçirilməsi, əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədlə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə müraciət ünvanlanmışdır.

Daha ətraflı 

Daha sonrakılar