Ombudsman təsisatı Ümumdünya Uşaqlar Günü ilə bağlı videoçarx hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 oktyabr-20 noyabr tarixləri ərəfəsində ənənəvi “Uşaq Hüquqları Aylığı”nı davam etdirib.

Qeyd edilməlidir ki, sözügedən aylıq çərçivəsində müxtəlif  dövlət və yerliözünüidarə orqanları uşaq hüquqlarının müdafiəsi və təmininə dair müxtəlif səpkili maarifləndirici tədbirlər həyata keçiriblər. 

20 noyabr-Ümumdünya Uşaqlar Günü olduğunu nəzərə alaraq, insan hüquqları sahəsində bu mühüm  təqvim günü ilə əlaqədar Azərbaycan Ombudsmanının ölkəmizdə elan etdiyi sözügedən aylıq çərçivəsində Aparatın kitabxanası tərəfindən təcavüzkar Ermənistan silahlı qüvvələrinin amansızlıqla qətlə yetirdiyi azərbaycanlı uşaqların əziz ruhuna ehtiramla Ombudsman Aparatının əməkdaşı  Azadə Novruzovanın “Bu gecə yuxumda bir uşaq ağlayırdı” şeiri əsasında videoçarx hazırlanıb.

Bu videoçarxda Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalmış  günahsız uşaqların fotolarından, Azərbaycan Ombudsmanının faktaraşdırıcı missiyaları zamanı çəkilmiş foto, video materiallarından geniş şəkildə istifadə edilib. Şeir Əməkdar artist Hüsniyyə Mürvətovanın qiraətində səsləndirilib. Videoçarxdakı  subtitrlər rus dilinə Giya Paçxataşvili, ingilis dilinə isə Sevil Gültən tərəfindən tərcümə edilib. Müəllif bu bədii təəssüratla dünyanı erməni təcavüzünə məruz qalmış günahsız qurbanların, xüsusilə də uşaqların fəryadına biganə qalmamağa səsləyir.

Videonu buradan izləyə bilərsiniz.