Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair Türkiyə Ombudsman İnstitutu tərəfindən hazırlanmış Hesabat

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti 21-23 oktyabr 2020-ci il tarixlərində ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Səbinə Əliyeva və Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirilib. 

Türkiyənin Ombudsman İnstitutu yerində araşdırmalar zamanı toplanmış faktlar əsasında  Ermənistan tərəfindən müharibənin gedişində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair hesabat dərc edib və müvafiq beynəlxalq təşkilatlara göndərib.

Hesabatla buradan tanış ola bilərsiniz.