Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri “Azərbaycan gəncliyi: vətənpərvərlik, dövlətçilik bir amal kimi” adlı onlayn tədbirdə iştirak edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü, bölgədə yerləşən Gənclər və İdman İdarələrinin (Gİİ) iştirakı ilə “Azərbaycan gəncliyi: vətənpərvərlik, dövlətçilik bir amal kimi” adlı onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba üzrə bölgəsinin, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarının Gİİ-nin nümayəndələri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və gənclər iştirak ediblər.

Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışı zamanı insan hüquqları, o cümlədən gənclərin hüquqları ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, bu sahədə hüquqi maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verib. Eyni zamanda 44 günlük Vətən Müharibəsi dövründə gənclərimizin böyük şücaət göstərərək, düşmənə sarsıdıcı zərbə vurduqları da xüsusilə vurğulanıb.