Ombudsmanın Cəlilabad Regional Mərkəzi 2022-ci ilin "Şuşa İli" elan edilməsinə dair tədbir keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi rayon Gənclər və İdman İdarəsi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Biləsuvar, Masallı və Yardımlı rayon Gənclər və İdman İdarələri ilə birgə 2022-ci ilin "Şuşa İli" elan edilməsinə həsr olunmuş videokonfrans keçirib. Videokonfransda qeyd edilən qurumların rəhbər və əməkdaşları, eləcə də gənclər iştirak ediblər.

Regional Mərkəzin rəhbəri Ziya İsmayılov çıxışı zamanı ötən il ölkədə həyata keçirilən tədbirlərdən, Vətən müharibəsi zamanı ölkəmizin əldə etdiyi uğurlardan söhbət açıb.

Tədbirdə dövlət səviyyəsində Şuşa şəhəri də daxil olmaqla işğaldan azad edilmiş bütün torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri aparıldığı, işlərin bu gün də sürətlə davam etdiyi bildirilib. Cari ildə Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyi vurğulanaraq, cənab Prezident tərəfindən 2022-ci ilin "Şuşa İli" elan edildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Keçirilən onlayn tədbirdə iştirak edən qurumların rəhbərləri mövzu ilə əlaqədar çıxış ediblər.