Ombudsman Aparatının əməkdaşları Azərbaycan Autizm Assosiasiyasının sədri ilə görüş keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Elmi-analitik sektorun baş məsləhətçisi Yeganə Quliyeva Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli ilə görüşüblər. 

Görüş zamanı  ölkədə bu sahədə olan mövcud problemlər və görülən işlər haqqında  söhbət aparılıb.

Daha sonra Assosiasiyanın nəzdində fəaliyyət göstərən Baki Autizm İdman Klubu və Osmanlı Yaşam Mərkəzində təlim keçən autizm spektr pozuntusu olan uşaqlarla və təlimçilərlə görüş keçirilib. 

Sonda uşaqlara Ombudsman Aparatının hədiyyələri təqdim olunub.