Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər. 

Ulu Öndərin məzarı önünə güllər qoyulub, xatirəsi ehtiramla yad edilib.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik  Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.