Ombudsmanın Qərb və Şimal-Qərb Regional Mərkəzlərinin əməkdaşları şəhidlərin dəfn mərasimlərində iştirak ediblər

Ombudsmanın Qərb Regional Mərkəzinin  əməkdaşları Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş gizir İmamverdiyev Asiman Mehman oğlunun Gəncə Şəhidlər xiyabanında keçirilmiş dəfn mərasimində iştirak ediblər.

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları isə Ermənistanın həmin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Zaqatala rayonu Yuxarı Tala kənd sakini, leytenant Ömərov Sərxan Mübariz oğlunun dəfn mərasimində iştirak ediblər.

Şəhidlərin ailə üzvlərinə Ombudsman Səbinə Əliyevanın adından başsağlığı verilib.