Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Azərbaycan Ombudsmanına başsağlığı verib

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıç Ermənistan tərəfindən son günlər törədilən təxribatlar nəticəsində hərbi qulluqçularımızın şəhid olması xəbəri ilə bağlı Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya zəng edərək başsağlığı verib.

TİHEK sədri Allahdan şəhidlərə rəhmət diləyib, yaralılara şəfa arzulayıb.