Ombudsmanın Regional Mərkəzləri "Milli Dirçəliş Günü"nə həsr edilmiş hüquqi-maarifləndirici tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Şimal və Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində 17 Noyabr- Milli Dirçəliş Gününə həsr edilmiş Şabran şəhər 3 nömrəli tam orta məktəbdə və Balakən Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada müəllim və şagirdlərin iştirakı ilə hüquqi-maarifləndirici tədbirlər  keçirilib.

Çıxışlar zamanı Regional Mərkəzlərin rəhbərləri B.Əfəndiyev və P.Məmmədov tədbir  iştirakçılarına 17 noyabr – Milli Dirçəliş günü ilə əlaqədar Ombudsman Səbinə Əliyevanın təbrikini çatdırıblar,həmçinin 17 noyabr - Milli Dirçəliş gününün  tarixi  və əhəmiyyəti haqqında məlumat veriblər.     

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.