Çağrı Mərkəzi

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.8-ci bəndinə uyğun olaraq,  vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədilə Ombudsmanın iki qaynar xətti bir mərkəzdə birləşdirilmiş və müasir texnologiyalardan istifadə etməklə 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli vahid Çağrı Mərkəzi yaradılmışdır.
 
Çağrı Mərkəzi Ombudsmana müraciət imkanını asanlaşdırmaqla yanaşı, təsisatda müraciətlərə operativ reaksiya verilməsi və müvafiq təhlillər aparılmasına şərait yaradır.
 
Ombudsmanın 916 Çağrı Mərkəzinə daxil olmuş zənglərin mahiyyəti, qurumlar və iqtisadi rayonlar üzrə faiz göstəriciləri əsasında hazırlanmış aylıq statistika aşağıdakı kimidir: