Çağrı Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.8-ci bəndinə uyğun olaraq, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədilə Ombudsmanın iki qaynar xətti bir mərkəzdə birləşdirilmiş və müasir texnologiyalardan istifadə etməklə 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli vahid Çağrı Mərkəzi yaradılmışdır.
Çağrı Mərkəzinə "916" nömrəsini yığmaqla zəng etmək olar.
Çağrı Mərkəzi Ombudsmana müraciət imkanını asanlaşdırmaqla yanaşı, təsisatda müraciətlərə operativ reaksiya verilməsi və müvafiq təhlillər aparılmasına şərait yaradır.
Ombudsmanın 916 Çağrı Mərkəzinə daxil olmuş zənglərin aylar, əhali qrupları, məzmun və qurumlar üzrə rüblük statistikası aşağıdakı kimidir: