Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Beynəlxalq Əlaqələndirmə Komitəsi ilə əməkdaşlıq

İkinci Dünya Müharibəsindən sonra insan hüquqlarının səmərəli müdafiəsi məqsədilə milli səviyyədə bir çox ölkədə insan hüquqları təsisatları yaradılmağa başlandı. Bu BMT tərəfindən də müsbət hal kimi qarşılanırdı. 1993-cü ildə İnsan Hüquqları üzrə Dünya Konfransı tərəfindən qəbul edilən Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında hər bir dövlətin, öz ehtiyaclarına uyğun bir insan hüquqları təsisatı üçün lazımi çərçivəni müəyyənləşdirə biləcəyi məsələsi xüsusu ilə vurğulanmışdır.

BMT Baş Məclisi  20 dekabr 1993-cü il tarixdə “Paris Prinsipləri” adı altında 48/134 saylı qərar qəbul etdi. Həmin qərar milli insan hüquqları təsisatlarının səlahiyyətləri, quruluş və vəzifələri ilə bağlı məsələləri ehtiva edirdi. Sözügedən qərarda BMT insan hüquqlarının səmərəli şəkildə müdafiəsini təmin edən milli insan hüquqları təsisatlarının qurulması, mövcud olanların isə daha da gücləndirilməsini tövsiyə edirdi.

Azərbaycan Ombudsman İnstitutu ilk dəfə olaraq 27 oktyabr 2006-cı il tarixdə Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsinin (BƏK) Akkreditasiya üzrə Alt Komitəsi tərəfindən A statusu ilə akkreditasiya olunmuş və BMT sistemində Milli İnsan Hüquqları İnstitutu kimi qeydiyyatdan keçmişdir.  2010-cu ildə  BƏK-in Akkreditasiya üzrə Alt Komitəsi tərəfindən Təsisata ünvanlanan sorğulara verilən cavablar təhlil olunaraq Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında qanunun həmçinin Ombudsmanın fəaliyyətinin tam şəkildə Paris Prinsiplərinin tələblərinə cavab verdiyi qənəatinə gəlinmiş və Azərbaycan Ombudsman İnstitutu bir daha sözü gedən qurum tərəfindən A statusu ilə akkreditasiya olunmuşdur.