Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Beynəlxalq qeyri-hökumət təşkilatları və şəbəkələri ilə əməkdaşlıq

Beynəlxalq Qızıl Xaç Komitəsi 

Müvəkkil Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri quraraq işğal olunmuş ərazilərdə erməni hərbiçiləri tərəfindən girov və ya əsir götürülmüş şəxslərə qarşı işgəncələrin qarşısının alınması, onların hüquqlarının qorunması və bu şəxslərin ən qısa zamanda ailələrinə qaytarılması istiqamətində fəal işlər görür.

Müvəkkil 2015-ci ilin mart ayında Cenevrəyə səfəri zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin Vitse prezidenti xanım Kristina Börli ilə görüşü zamanı komitənin prezidenti cənab Peter Maurerə ünvanlanmış işğal olunmuş torpaqlarda, Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində, erməni hərbçiləri tərəfindən mülki şəxslər olan azərbaycanlıların, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi ilə bağlı məktubu müzakirə edilmişdir. Müvəkkil həmin məktubda bu şəxslərin beynəlxalq hüquqa zidd, əsassız mühakimə edilməsinin, həmçinin onlara işgəncə verilməsinin ölkəmizdə böyük narahatlıq doğurduğunu və beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılandığını qeyd etmişdir. O həmçinin bildirmişdir ki, Azərbaycanın BMT və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Ermənistan hərbçilərinin azərbaycanlıları girov götürməsi beynəlxalq hüquqa tamamilə ziddir və qondarma məhkəmənin əsir götürülmüş Azərbaycan vətəndaşlarının tərkibində hər hansı bir cinayət əməli olmayan əməlinə qeyri adekvat ömürlük və 22 illik cəzanın heç bir normalara sığmayan əsassız qərar qəbul edildiyini sonra isə qanunsuz məhkəmə ilə təsdiqləndiyinə diqqəti cəlb etmişdir. Müvəkkil eyni zamanda Ermənistanın da iştirakçısı olduğu Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər kəsin sərbəst hərəkət etmək azadlığı olduğunu da vurğulamışdır.

 

Avropa Milli İnsan Hüquqları İnstitutları şəbəkəsi 

Azərbaycan Ombudsmanı 2013-cü ildə yaradılan Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi ilə fəal əməkdaşlıq əlaqələri içərisindədir. Şəbəkə Milli İnsan Hüquqları İnstitutları (MİHİ) ilə BMT və onun bir sıra alt qurumları arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynamaqdadır.

Sözügedən şəbəkə 2014-cü ildən başlayaraq Milli İnsan Hüquqları İnstitutları Akademiyasının seminarlarını təşkil edir və Avropa regionunda fəaliyyət göstərın MİHİ-lərin yüksək vəzifəli işçilərini BMT, Avropa Şurası və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların təcrübəli ekspertlərinin mühazirələrinin oxunduğu Akedmiyaya dəvət edərək onların peşəkarlığını daha da artırmaq istiqamətində işlər görür. Azərbaycan Ombudsman Təsisatının da iki əməkdaşı artıq bu Akademiyadan məzun olaraq diplomla təltif olunmuşlar.

 

Uşaq Hüquqları Ombudsmanlarının Avropa şəbəkəsi 

Azərbaycan Respublikasının Ombudsman təsisatı İnnoçenti tədqiqat mərkəzinin tövsiyəsi ilə 2008-ci ildə Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC) üzv olmuşdur. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ombudsman təsisatı uşaq hüquqları üzrə ixtisaslaşmamış ilk təsisatdır ki, Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür.

ENOC-la əməkdaşlıq çərçivəsində Müvəkkil uşaq hüquqlarına dair müxtəlif işçi qruplarının üzvü olaraq ideya və təcrübə baxımından təşkilata öz töhvəsini verir, daxil olan müraciətləri cavablandırır.

Müvəkkilin tövsiyəsi nəticəsində 2010-cu ildən başlayaraq ENOC tərəfindən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA – European Network of Young Advisors) layihəsi həyata keçirilməkdədir.