Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirici tədbirlər keçirilib

26-08-2024 1522 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Cənub regional mərkəzləri tərəfindən Gəncədə, Samuxda, Şəmkirdə və Cəlilabadda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirici tədbirlər təşkil edilib.

Tədbirlərdə ölkəmizdə vətəndaşların seçki hüquqlarının təmini vəziyyətinin Ombudsman tərəfindən daim diqqətdə saxlanıldığı, həmin hüquqların səmərəli təmini və müdafiəsi məqsədilə əhəmiyyətli fəaliyyətin həyata keçirildiyi, müvafiq sahədə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin təşkil olunduğu bildirilib, eləcə də Seçki Məcəlləsinin müddəaları diqqətə çatdırılıb.

Tədbirlərdə, həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.