Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi
Əhalinin müxtəlif qruplarından biri kimi, tutulmuş və həbs olunmuş şəxslərin, məhkumların hüquqlarının müdafiəsinə Müvəkkilin fəaliyyətində geniş yer verilmişdir.
Belə ki, həssas əhali kateqoriyalardan biri kimi, həmin şəxslərin hüquqlarının təmin edilməsinin vacibliyi xüsusi nəzərə alınmalıdır. Eyni zamanda, bu qrupdan olan şəxslərin cəmiyyətə reinteqrasiyasının uğurlu olması hüquqlarının təmin edilməsi səviyyəsi ilə yanaşı, qoyulmuş məhdudiyyətlərin qanunun və beynəlxalq normaların tələblərinə uyğun olmasından asılıdır.
Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Bu baxımdan Ombudsman tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının effektiv təmini, onlarla rəftar və saxlanılma şəraiti, saxlamanın qanuniliyini təsdiqləyən səndlərin öyrənilməsi sahəsində fəaliyyətini Milli Preventiv Mexanizm (MPM) qismində geniş formada həyata keçirməkdədir.