Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

ATƏT ilə əməkdaşlıq

Müvəkkilin əməkdaşlıq etdiyi mühüm təşkilatlardan biri də ATƏT-dir. Bu əməkdaşlığın ən vacib istiqamətlərindən ATƏT-in Bakı Ofisi ilə birgə həyata keçirilən layihəsi olmuşdur. Birgə layihə əsasında təcridxanalarda, müvəqqəti saxlanılma yerlərində insan hüquqlarının pozulması hallarının araşdırılması və şikayətlərin sürətli cavablandırılması məqsədilə 4 iyun 2004-cü il tarixdə Ombudsmanın “Çevik araşdırma” qrupu və “Qaynar xətt” yaradılmışdır.

26-29 oktyabr 2010-cu il tarixdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT-in Bakı Ofisinin birgə təşkilatçılığı ilə Ombudsmanın yanında yaradılmış İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri üçün MPM-in fəaliyyətinin gücləndirilməsinə yönəlmiş dörd günlük treninq-seminar keçirilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ATƏT-in Bakı Ofisi ilə birgə 26-27 aprel 2012-ci il tarixlərdə Milli Preventiv Mexanizm çərçivəsində saxlama yerlərinin monitorinqi və hesabatların hazırlanması bacarıqları üzrə metodoloji seminar keçirmişdir.

ATƏT-in Mərkəzi Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) 2012-ci ildə hazırladığı - “İnsan Hüquqları üzrə Təsisatların Qadın Hüquqları və Gender Bərabərliyinin Təbliği və Müdafiəsində Rolu” adlı Masaüstü Kitabında qabaqcıl Avropa ölkələri ilə yanaşı, Müvəkkilin də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində gördüyü işlər müsbət təcrübə kimi göstərilmişdir.