Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Avropa Şurası ilə əməkdaşlıq

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Avropaya inteqrasiya yolunu seçmiş, bunun məntiqi nəticəsi və davamı olaraq 2001-ci il yanvarın 25-də ölkəmiz dünyanın ən nüfuzlu regional beynəlxalq təşkilatlarından olan Avropa Şurasına qəbul edilmiş və bu günədək həmin qurumun 40-dan artıq sənədinə qoşulmuşdur. İnsan hüquq və azadlıqlarının daha effektiv müdafiəsi baxımından götürülmüş öhdəliklər sırasında İnsan hüquqları üzrə səlahiyyətli Müvəkkil (Ombudsman) haqqında qanunun qəbuluna dair öhdəlik yer tutur.

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə Avropa Şurası arasındakı əlaqələrdə əsas yeri A.Ş.-nin İnsan Hüquqları üzrə Komissarlığı tutur.

Müvəkkil  və təsisatın əməkdaşları Avropa Şurasının təşkil etdiyi çoxsaylı tədbirlərdə iştirak edərək  insan hüquqlarının müdafiəsi sahəsində fikir və təcrübə mübadiləsi aparmışlar. Təsisatın fəaliyyəti və Azərbaycanda İnsan hüquqları sahəsində görülən işlər haqqında iştirakçılara geniş məlumat vermişlər.

Müvəkkil AŞ İnsan Hüquqları və  Qanunun Aliliyi Baş direktorluğu və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiya tərəfindən təşkil olunan Avropa MPM Şəbəkəsinin üzvüdür. MPM qrupunun üzvü həmin şəbəkə üzrə əlaqələndirici şəxs qismində təyin olunmuşdur.

Müvəkkilin AŞ ilə əməkdaşlığını əlaqələndirən ixtisaslaşdırılmış müşavirinin olması Aparatın əməkdaşlarının Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə həyata keçirilən “Peer to Peer” layihəsi çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak etdiyini və geniş təcrübə mübadiləsi həyata keçirilməsi də əməkdaşlığın önəmli məqamlarındandır.