Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Vətəndaşların seçki hüquqlarının təmini” mövzusunda maarifləndirici tədbir keçirilib

25-07-2024 952 dəfə oxunub
Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Vətəndaşların seçki hüquqlarının təmini” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi tərəfindən Şəki rayonunun Çapağan kəndində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar yerli icra və özünüidarəetmə orqanlarının əməkdaşlarının və sakinlərin iştirakı ilə “Vətəndaşların seçki hüquqlarının təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şimal-Qərb Regional Mərkəzinin rəhbəri P.Məmmədov Ombudsman təsisatı tərəfindən ölkəmizdə seçki hüququnun təmini vəziyyətinin daima diqqətdə saxlanıldığını, seçki hüququnun səmərəli təmini və müdafiəsi məqsədilə ardıcıl işlərin görüldüyünü, o cümlədən bu sahədə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib.

Eyni zamanda, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəaları, səsvermə prosesi barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.