Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı maarifləndirici tədbir keçirilib

15-07-2024 1035 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı “Vətəndaşların seçki hüququ” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bir sıra aidiyyəti dövlət qurumlarının regional nümayəndəliklərinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov “Vətəndaşların seçki hüququnun təmini”, “Seçki hüququnun prinsipləri”, “Seçkilərin təşkili”, “Seçki prosesi və mərhələləri” və “Aktiv və passiv seçki hüququ” mövzularından bəhs edib, ölkəmizdə vətəndaşların seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlanıldığını, Ombudsman təsisatı tərəfindən bu sahədə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

Tədbir müzakirələrlə davam edib, mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.