Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)

Bu nüfuzlu beynəlxalq qurum ölkəmizdə insan hüquqlarının, o cümlədən mədəni hüquqların və təhsil hüquqlarının gerçəkləşməsi, Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafı istiqamətində böyük səylər göstərir.

Respublikamızla UNESCO arasındakı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ölçüyəgəlməzdir. Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və bu ideyalara göstərdiyi sadiqliyə görə xanım Mehriban Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Müvəkkil öz fəaliyyətinin ilk addımlarından beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Müvəkkilin əməkdaşlıq qurduğu beynəlxalq qurumlar arasında UNESCO xüsusi yer tutmaqdadır.

Azərbaycan Ombudsman təsisatı ilə UNESCO, o cümlədən UNESCO üzrə Azərbaycan Respublikasnın Milli Komissiyası ilə, həmçinin bu qurumun Moskva Bürosu arasında insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Bakıda keçirilmış ombudsmanların on üç beynəlxalq konfransının onuna bu qurum dəstək vermişdir. Müxtəlif mövzularda, ən başlıcası isə razılaşdırılmış prioritet istiqamətlər üzrə  təşkil olunmuş həmin konfranslara verilmiş dəstək insan hüquqları baxımından böyük önəm kəsb etmişdir.