Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində baş vermiş mina partlayışına Ombudsmanın reaksiyası

14-10-2024 291 dəfə oxunub
Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində baş vermiş mina partlayışına Ombudsmanın reaksiyası

Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.

Belə ki, cari ilin 14 oktyabr tarixində Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxs piyada əleyhinə minaya düşərək yaralanıb.

Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsindən bu günədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika artmaqda davam etməkdədir.

Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə ekoloji böhranın yaranması ilə də nəticələnir.

Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir.