Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

BMT-nin Uşaq Fondu

Müvəkkil beynəlxalq əməkdaşlıq çərçivəsində UNICEF ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.

Problemlərin həllində daha çox yenilikçi yanaşma tərzini mənimsəyən Müvəkkil istər yerli qurumların nümayənədləri, istərsə də beynəlxalq qurumların nümayəndə və ekspertləri ilə görüşlər zamanı mövcud problemlərin həllində onlara fərqli yanaşma şəkillərinin tətbiqi ilə tövsiyələr verir, bu sahədə birgə çalışma təkliflərini irəli sürürdü. Belə ki, ötən illər ərzində Müvəkkil UNICEF-in bir sıra nümayəndələrini qəbul etmiş, həmin görüşlər zamanı müvafiq sahələrdə mövcud problemlərin həlli istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Belə görüşlərdən biri də 2007-ci il UNICEF-in Mərkəzi və Şərqi Avropa və MDB üzrə Regional direktoru xanım Maria Kalivis, gender məsələləri üzrə nümayəndəsi xanım Janet Nelson, UNICEF-in  məsul əməkdaşı Morten Giersinq ilə olmuşdur. Ombudsman təsisatının fəaliyyəti ilə bağlı ətraflı məlumat verən Müvəkkil uşaq hüquqlarının səmərəli müdafiəsinin təşkilində beynəlxalq təcrübənin öyrənilməsini, bu sahədə maarifləndirici tədbirlərin artırılmasını xüsusilə vurğulamışdır.              

Müvəkkilin Aparatı UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində təlim kursları təşkil etmişdir. Bu təlimlərdə uşaqlarla işləyən dövlət qurumlarının, icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərən komissiyaların, yerli QHT-lərin nümayəndələri, müəllimlər iştirak etmişlər.

Bundan əlavə UNICEF-in dəstəyilə təsisatda BMT-nin Uşaq Hüquqları Komitəsinin keçmiş sədri professor Jaap E. Doek, Litva Respublikasının sabiq Uşaq Hüquqları üzrə Nəzarətçisi (Ombudsman) xanım Rimante Salaseviçyute və digər uşaq hüquqları üzrə tanınmış ekspertlərlə görüşlər olmuş, təlimlər keçirilmişdir.

Müvəkkilin UNICEF -lə olan əməkdaşlığı yeni layihələr çərçivəsində davam etməkdə, uşaq hüquqlarının səmərəli müdafiəsi istiqamətində maarifləndirici tədbirlər istər paytaxtda, istərsə də ki, regionlarda uğurlu bir şəkildə keçirilməkdədir. Belə ki, Ombudsman təsisatının regional mərkəzlərinin nümayəndələrinin də iştirakı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi tərəfindən Cəlilabad şəhərində cənub regionu üzrə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Salyan və Masallı rayonlarının prokurorluq və polis əməkdaşları üçün uşaq hüquqları və yuvenal ədliyyə mövzusunda təlimlər təşkil olunmuşdur.

Bundan əlavə Avropa Komissiyasının dəstəyi ilə UNICEF və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən imzalanmış birgə iş planına əsasən, ölkənin Cəlilabad, Gəncə, Şəki və Quba regionlarında “Yuvenal ədliyyə aspektində uşaq hüquqlarının müdafiəsi: beynəlxalq və milli standartlar” mövzusunda təlimlər keçirilmişdir.