Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

BMT-nin İnkişaf Proqramı (UNDP)

BMT inkişaf etməkdə olan ölkələrdə insanlara daha yaxşı həyat şəraiti təmin etmək məqsədilə bir sıra proqram və lahiyələr həyata keçirir. BMT belə lahiyələri əsasən nəzdində olan İnkişaf Proqramı vasitəsilə həyata keçirir. BMT-nin İnkişaf Proqramı dövlət qurumları, ictimai birliklər, təhsil müəssisələri, özəl sektorda fəaliyyət göstərən qurumlarla əməkdaşlıq quraraq qarşıya qoyulan lahiyələri gerçəkləşdirir.

BMTİP-in ölkəmizdəki fəaliyyəti də bir sıra sahəni, o cümlədən insan hüquqlarının səmərəli müdafiəsi və təbliği sahəsini əhatə etmişdir. Bununla əlaqədar BMTİP-in Azərbaycanda ən sıx əməkdaşlıq qurduğu qurumun Azərbaycan Ombudsman İnstitutu olduğunu rahatlıqla qeyd etmək olar. Belə ki, təsisatın ilk qurulduğu günlərdən Müvəkkil BMTİP-in ölkə üzrə nümayəndəsi ilə mütəmadi görüşlər keçirmiş və iki qurum arasında əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

Sözügedən görüşlər əsasında 3 aprel 2003-cü il tarixdə Müvəkkil ilə BMTİP-in Azərbaycandakı nümayəndəsi Marko Barzotti Azərbaycan Respublikası Ombudsman Aparatına edilən dəstək üzrə saziş imzalamışlar. Bunun nəticəsində Ombudsman ofisinin qurulmasında BMTİP yaxından iştirak etmiş, kompyuter, mebel və digər ləvazimatların alınmasına maaliyyə dəstəyi göstərmişdir.  

BMTİP Ombudsman Aparatının strategiyasının hazırlanmasının həyata keçirilməsində, maarifçilik işinin gücləndirilməsində və üç regionda Aparatın nümayəndəliklərinin yaradılmasında Müvəkkilə dəstək vermişdir.

2005-ci ildə BMTİP-in iştirakı və İsveçin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin (SİDA) maliyyə dəstəyi ilə Raul Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq üzrə İnstitutu Müvəkkilin təsisatı ilə birgə 2005-2007-ci illəri əhatə edən layihəni həyata keçirməyə başladı.

Bu layihə çərçivəsində təsisatın əməkdaşları üçün treninqlər və beynəlxalq ekspert tərəfindən təsisatın fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə məsləhətləşmələr aparılırdı. Sözügedən layihə çərçivəsində Ombudsman təsisatının əməkdaşları üçün beynəlxalq ekspertlərin iştirakı ilə treninqlər keçirilir və eyni zamanda onlar üçün İsveç Ombudsman Təsisatının işi ilə yaxından tanış olmaq məqsədilə təlim səfərləri də təşkil olunurdu. Bu da öz növbəsində təsisatların fəaliyyətləri ilə bağlı müqayisəli təcrübə mübadiləsi aparmağa imkan yaradırdı. 

Müvəkkil 2016-cı ildə BMT-nin Azərbaycan Respublikasında yeni Resident əlaqələndiricisi, BMTİP-in/BMT-nin Əhali Fondunun Rezident nümayəndəsi Qulam İshaqzaini qəbul etmişdir. Görüş zamanı Ombudsman təsisatının fəaliyyəti ilə tanışlıq və gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.