Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

BMT-nin Əhali Fondu (UNFPA)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin Əhali Fondunun (UNFPA) ölkəmizdəki nümayəndəliyi ilə birlikdə 19 aprel və 26 aprel 2013-cü il tarixlərində Əhali və İnkişaf məsələləri üzrə Milli Müzakirələr keçirmişdir.

Hər iki görüş aşağıdakı məqsədlər üzərində qurulmuşdur:

·         Milli prioritetlərə və strategiyalara əsaslanan 2015-ci ildən sonrakı dövr üçün Minilliyin İnkişaf Məqsədləri və 2014-cü ildən sonrakı dövr üçün Qahirə Konfransının global tövsiyyələrinin təqdimatı;

·         “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilən prioritetlər və nəticələrin təqdim olunması;

·         Əhalinin dinamikası sahəsində, yəni reproduktiv sağlamlıq, genderyaşlanma və daxili miqrasiya sahələrində Minilliyin İnkişaf Məqsədlərinə nail olunması yolunda nailiyyətlər və çətinliklər, eyni zamanda 2015-ci ildən sonrakı dövr üçün tövsiyələr haqqında hesabatın təqdim edilməsi;

·         2013-cü ilin may ayında BMT və Azərbaycan hökumətinin birgə konfransı üçün tövsiyələr və nəticələrin hazırlanması.

Yekun 26 aprel 2013-cü il tarixli Milli Məsləhətləşmədə Ombudsman tədbiri açaraq, bu müzakirələrin keçirilməsinin 20 illiyi qeyd olunacaq Qahirə Konfransının Əhali və inkişaf problemləri üzrə qəbul etdiyi Fəaliyyət Planından irəli gəldiyini bildirmişdir. O, yaxınlaşmaqda olan 2015-ci ilin Minilliyin İnkişaf Məqsədləri üzrə son hesabat dövrü olduğunu vurğulamış, bu məqsədlərin həyata keçirilməsində əldə edilmiş nailiyyətlərin davamlılığını təmin etmək məqsədi ilə yeni beynəlxalq strategiyanın müəyyən edilməsinin zəruriliyini söyləmişdir.

BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Antonius Bruk çıxış edərək, təmsil etdiyi qurumun Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıq əlaqələri haqqında danışmış, bu əlaqələrin bundan sonra da davam edəcəyini söyləmişdir.

Rezident-əlaqələndirici təmsil etdiyi nüfuzlu beynəlxalq qurumun 2015-ci ildən sonrakı dövr üçün əhatəli inkişaf məqsədlərini formalaşdırmaq və işləyib hazırlamaq məqsədilə açıq məsləhətləşmələr aparmaq üçün hökumətlər, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla qlobal əməkdaşlıq etdiyini vurğulamışdır.

Ombudsmanın təşəbbüsü ilə BMT-nin Əhali Fondu ilə əməkdaşlıqda əhali məsələləri üzrə çoxsaylı tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də 2015-ci ildə Cəlilabad rayonunda keçirilmiş və 11 iyul – Ümumdünya Əhali Gününə həsr olunmuşdu.  Tədbirdə Milli Məclisin deputatı, müxtəlif dövlət orqanlarının məsul şəxsləri, QHT və KİV nümayəndələri və icma üzvləri iştirak etmişlər.

Tədbirdə qeyd edilmişdir ki, Ombudsmanın təşəbbüsü ilə hər il ölkəboyu keçirilən  bu kimi tədbirlər əhali məsələlərinin təbliği və təşviqi baxımından mühüm əhəmiyyət daşıyır