Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbirlər keçirib

22-09-2022 318 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbirlər keçirib

Ombudsmanın Qərb, Şimal, Şimal-Qərb və Cənub regional mərkəzləri Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbirlər təşkil edib.

Tədbirlərdə yerli icra və özünüidarəetmə orqanlarının, digər təşkilatların əməkdaşları, habelə ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxışlarında Beynəlxalq Sülh Gününün təsis edilmə tarixi, bu günün insanlara verdiyi sülh mesajı və ideyaları, habelə möhkəm və daimi sülhün yaradımasının vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. “Ədalətli və davamlı sülh insan hüquqlarının müdafiəsinə xidmət edir” mövzusunda maarifləndirmə kampaniyalarının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının cari ildə təsdiq etdiyi “2022-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı”na uyğun olaraq təşkil edildiyi qeyd olunub.

Çıxışlarda sülhün DİM-in əsas komponentlərindən biri olduğu və ədalətli sülh olmadığı halda insan hüquqlarının tam şəkildə təmin olunmasının mümkünsüzlüyü vurğulanıb. Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlər, ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlığın rolu barədə danışılıb.

Tədbirlər zamanı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi siyasətin bölgədə sülhə maneə olması faktına da toxunulub. Habelə erməni hərbi birləşmələrinin mütəmadi olaraq təxribatlar törətməsi, mülki əhaliyə ziyan vurması, onların yaşamaq, sərbəst hərəkət etmək və digər hüquqlarını pozmasının insan hüquqlarının qorunmasına dair bir sıra beynəlxalq konvensiyaların tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

O da vurğulanıb ki, Ombudsman Ermənistanın sülhü təhdid edən cinayətkar əməllərinin beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində ardıcıl mübarizə aparır, bu kontekstdə nüfuzlu beynəlxalq təşkilatlara çoxsaylı hesabat, bəyanat və müraciətlər ünvanlayır.

Sonda iştirakçıların sualları cavablandırılıb.