Əməkdaşlığa dair memorandumlar
Müvəkkilin fəaliyyəti dövründə xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatları, informasiya komissarları və beynəlxalq insan hüquqları təşkilatları ilə ümumilikdə 20-dən çox əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Türkiyə, Polşa, Rusiya Federasiyası, onun subyektləri olan Moskva, Sverdlovsk, Saratov, Orenburq, Kaluqa vilayətləri, Dağıstan Respublikası, Tatarıstan Respublikası, Ukrayna, Özbəkistan, Gürcüstan, Moldova, Pakistan, Bolqarıstan, Mərakeş, Albaniya, Bəhreyn bu ölkələr sırasındadır.
Bundan əlavə, BMT-nin Azərbaycandakı Nümayəndəliyi, UNICEF və İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası ilə əməkdaşlığa dair sənədlər imzalanmışdır.