Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmana təşəkkürlər

1. Vətəndaş: M.S

Vətəndaş M.S. Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edərək, övladının Suraxanı RPİ-nin 33-cü Polis Bölməsində qanunsuz saxlanıldığını bildirmiş və məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir.

Ərizəçinin Ombudsmana müraciətindən sonra onun övladının sərbəst buraxıldığını və məsələnin həllində göstərilən köməyə görə Müvəkkilə təşəkkürünü bildirmişdir.

2. Vətəndaş: D.İ.

Vətəndaş D.İ. Ombudsmana müraciət edərək, Atəşgah sığorta tərəfindən ona dəymiş ziyanın ödəlməsində köməklik göstərilməsini xahiş etmişdir.

Ərizəçi Ombudsmana müraciətindən sonra sözügedən sığorta şırkəti tərəfindən ona dəymiş ziyanın ödənilməsində göstərilən köməkliyə görə Müvəkkilə təşəkkürünü bildirmişdir.

3. Vətəndaş: Ə.V.

Vətəndaş Ə.V. Ombudsmanın 916 saylı Çağrı Mərkəzinə müraciət edərək, kafedə naməlum şəxslər tərəfindən işlədilən nalayiq sözlərə görə 102 Xidmətinə etdiyi müraciətinin qeyri-obyektiv araşdırıldığını bildirmiş, məsələnin araşdırılmasını xahiş etmişdir.

Ərizəçi Ombudsmana müraciətindən sonra məsələ öz həllini tapdığını və göstərilən köməkliyə görə Müvəkkilə minnətdarlığını bildirmişdir.

4. Vətəndaş: R.H.

Vətəndaş R.H. Ombudsmanın 916 saylı Çağrı Mərkəzinə müraciət edərək, Vətən müharibəsi iştirakçısı olan qardaşı oğlunun Sabunçu Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq barəsində müvafiq qərarın verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə çıxarıldığını, həmin məhkəmə tərəfindən barəsində sərbəst buraxılma ilə bağlı qərar olmasına baxmayaraq, onun sərbəst buraxılmadığını və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə aparıldığını qeyd etmiş, məsələnin araşdırılmasını xahiş etmişdir.

Ərizəçi müraciətinin operativ araşdırılmasına və həllində göstərilən köməyə görə Müvəkkilə təşəkkürünü bildirmişdir

5. Vətəndaş: X.E.

Vətəndaş X.E. Ombudsmana müraciət edərək, ehtiyata buraxılmasına köməklik göstərilməsini xahiş etmişdir.

Ombudsmana müraciətindən sonra ərizəçi ehtiyata buraxılmış və o, buna görə Müvəkkilə təşəkkür məktubu ünvanlamışdır.

6. Vətəndaş: M.V.

Vətəndaş M.V. Ombudsmana müraciət edərək, atasının uzun müddət qaraciyər serrozu xəstəliyindən əziyyət çəkdiyini bildirmiş və təcili əməliyyat olunmasında köməklik göstərilməsini xahiş etmişdir.

Ombudsmana müraciətindən sonra ərizəçinin atasının əməliyyatının təmin edilməsinə görə Müvəkkilə təşəkkürünü bildirmişdir.

7. Erməniəsilli Azərbaycan Respublikası vətəndaşı: B.C.

Erməniəsilli Azərbaycan Respublikası vətəndaşı B.C. Ombudsmana müraciət edərək, şəxsiyyətini təsdiq edən sənədlə təmin olunmasında köməklik göstərilməsini xahiş etmişdir.

Ərizəçi Ombudsmana müraciətindən sonra müvafiq sənədlə təmin edildiyinə görə Müvəkkilə minnətdarlığını bildirmişdir.

8. Vətəndaş: Q.A.

Vətəndaş Q.A. Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edərək, Müdafiə Nazirliyinin 328 saylı Hərbi Gəmi Təmiri Zavodundan işdən azad olunacağı barədə məlumat verilməsindən narazı qaldığını qeyd etmişdir.

O, Ombudsmana müraciətindən sonra işdən azad olunmadığını qeyd edərək, göstərilən köməkliyə görə Ombudsmana təşəkkürünü bildirmişdir.

9. Vətəndaş: E.M.

Vətəndaş E.M. övladının işlə təmin edilməsinə köməklik göstərdiyinə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirmişdir.

10. Vətəndaş: Q.Z.

Vətəndaş Q.Z. Ombudsmanın 916 Çağrı Mərkəzinə zəng edərək, ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsində köməklik göstərildiyinə görə Müvəkkilə təşəkkürünü bildirmişdir.