Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanların II Beynəlxalq Dəyirmi Masası

Ombudsmanların II Bakı Beynəlxalq Dəyirmi Masası BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 2003-cü il 20-21 noyabr tarixlərində keçirilmişdir. Həmin tədbirdə Beynəlxalq Ombudsmanlar İnstitutunun Prezi-denti Kler Lyuis, Avropa Ombudsmanlar İnstitutunun icraçı direk-toru Nikolaus Şvartsler, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Ceyms Li, həmçinin İsveç, Rusiya Federasiyası, Litva, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Gürcüstan Ombudsmanları və onların nümayəndələri iştirak etmişlər.

Beynəlxalq aləmin xüsusi diqqət mərkəzində olan bu tədbirdə insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində elmi-nəzəri və təcrübi problemlər müzakirə olunmuşdur. Qeyd etmək lazımdır ki, Ombudsman təsisatında keçirilən tədbirlər daima radio və televiziyanın diqqət mərkəzində olmuş və belə tədbirlərin sonunda mətbuat konfransları keçirilərək görülən işlər barədə ictimaiyyətə geniş məlumat verilmişdir.

Bu tədbirin əhəmiyyət kəsb edən məqamlarından biri də tədbirdə iştirak edən qonaqların Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edilməsi olmuşdur.

Ombudsmanların II Beynəlxaq Dəyirmi Masası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombuds-man) Aparatının, insan hüquqları və azadlıqlarının qorunması sahəsində, elmi-nəzəri və təcrübə mübadiləsinin aparılmasında, beynəlxalq əlaqələrin genişləndirilməsində mühüm rol oynamışdır.