Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Əmək sahəsində gender bərabərliyinin hüquqi əsasları və dayanıqlı inkişaf” mövzusunda təlim keçirilib

05-05-2025 125 dəfə oxunub
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Əmək sahəsində gender bərabərliyinin hüquqi əsasları və dayanıqlı inkişaf” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ali təhsil müəssisəsi olan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ixtisasartırma və yenidən hazırlanma kursları çərçivəsində “Əmək sahəsində gender bərabərliyinin hüquqi əsasları və dayanıqlı inkişaf” mövzusunda təlim keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinin iştirak etdiyi təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova təqdimatla çıxış edərək, Ombudsman tərəfindən qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, təbliği və təşviqi, gender əsaslı və məişət zorakılığının qarşısının alınması, ayrı-seçkiliklə mübarizə və digər sahələrdə həyata keçirilən fəaliyyət barədə məlumat verib.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin təlim iştirakçılarına Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri təqdim olunub.