Ombudsmanların IV Bakı Beynəlxalq Konfransı
Ombudsmanların IV Bakı Beynəlxalq Konfransı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili V.P.Lukinin, habelə Federasiya subyektlərinin müvəkkillərinin iştirakı ilə 5-7 may 2006-cı il tarixdə keçirilmişdir. “İnsan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr edilmiş konfrans Azərbaycanda Rusiya ili çərçivəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gələcək inkişafına yönəldilmiş tədbirlər sırasında olmuşdur.
Beynəlxalq konfransda Azərbaycan Ombudsmanının dəvəti ilə Avropa Şurasının yeni seçilmiş İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq iştirak etmişdir. Qeyd olunmalıdır ki, bu, AŞ İnsan Hüquqları üzrə Komissarının MDB ölkələri sırasında ölkəmizə ilk səfəri olmuşdur.
Müvəkkil “Hüquqi maarifləndirmə - Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda məruzə ilə çıxış etmiş, ölkədə insan hüquq və azadıqları sahəsində həyata keçirilən köklü dəyişikliklər haqqında məlumat vermişdir.
T.Hammerberq çıxışında Ombudsmanının Avropa ombudsmanlar ailəsində yaxşı tanındığını və insan hüquqları sahəsində səmərəli fəaliyyəti ilə nüfuz qazandığını, seçildiyini diqqətə çatdırmışdır. O, insan hüquqlarının qorunması sahəsində medianın, vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının rolunu, Ombudsmanın KİV və QHT-lərlə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
RF İnsan hüquqları üzrə müvəkkili V.P.Lukin insan hüquqları sahəsində demokratik dəyərlərə hörmət əsasında qarşılıqlı əməkdaşlığın möhkəmlən-dirilməsinin vacibliyini vurğulamış, Rusiyadakı Azərbaycan vətəndaşlarının, eyni zamanda Azərbaycandakı Rusiya vətən-daşlarının pozulmuş hüquqlarının müdafiəsi sahəsində ikitərəfli əməkdaşlıq haqqında bağlanmış saziş üzrə bir sıra tədbirlərin həyata keçirildiyini söyləmişdir.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi M.Borzotti Azərbaycandakı Ombudsman institutunun qısa bir vaxtda səmərəli fəaliyyətinə görə bütün dünyada tanınmasından və bu konfransda iştirakından qürur duyduğunu qeyd etmişdir.
Tədbirin davam etdiyi günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AŞ-nin İnsan Hüquqları üzrə Komissarı T.Hammarberqi eləcə də, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili V.P.Lukini qəbul etmişdir.