Ombudsmanların I Bakı Beynəlxalq Konfransı
2003-cü il 9-13 iyun tarixlərində Azərbaycan Respublika-sının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və ”Ümidli Gələcək” gənclər təşkilatının Avropa Komissiyasının dəstəyi ilə birgə təşkil etdiyi ”Hüquqi dövlətdə Ombudsmanın rolu” mövzusunda Ombudsmanların I Bakı Beynəlxalq Kon-fransında ”Ölkədə insan hüquqları sahəsində aparılan islahatlar”, ”Yeni yaranmış Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi və bərpasında rolu” mövzularına toxunulmuşdur.
Tədbirdə eyni zamanda Kanada, Avstriya, Yunanıstan və Macarıstanın təcrübəsi barəsində də məruzələr dinlənilmişdir. Buradan da göründüyü kimi həmin tədbirdə nəinki Azər-baycan Respublikasında insan hüquqları ilə bağlı aktual məsələlərə toxunulmuş, həmçinin yuxarıda adları çəkilən ölkələrin iş təcrübəsinin öyrənilməsinə də imkan yaranmışdır.
Qeyd etmək lazımdır ki, yeni yaranan bir təsisat kimi Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafisəi sahəsində böyük təcrübəsi olan inkişaf etmiş ölkələrin insan hüquqları institutlarının bu sahədəki təcrübəsini öyrənmək istiqamətində fəaliyyəti onun işinin daha da təkmilləşdirilməsində böyük rol oynamışdır.