Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirildi

30-03-2018 146 dəfə oxunub
Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Avropa Şurasının (AŞ) Avropa Sosial Xartiyası Şöbəsinin   rəhbəri Regis Brillatı və Avropa Şurasının ölkəmizdəki Ofisinin rəhbəri Zoltan Hernyesi qəbul edib.

A.Səfixanlı ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən iqtisadi, sosial və mədəni hüquqların təmini sahəsində görülən işlər barədə məlumat vermişdir.  Aparatın rəhbəri Müvəkkilin Milli Məclisə  Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının, BMT-nin Əlilliyi olan İnsanların Hüquqlarının müdafiəsi üzrə Kovensiyasının, ratifikasiya edilməsi ilə bağlı təkliflər verdiyini qonağın diqqətinə çatdırıb. 

O, Biznes və insan hüquqlarının Ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu, Ombudsman yanında “Biznes və İnsan Hüquqları sahəsində İşçi qrup” yaradıldığını, İşçi Qrupun tərkibinə dövlət qurumları ilə yanaşı QHT-lərin də cəlb edildiyi və  İşçi Qrupun toplantılarında müvafiq mövzular üzrə geniş fikir mübadiləsi aparıldığını qeyd edib.

Eyni zamanda Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 31 maddəsindən 18-nin ölkəmiz tərəfindən ratifikasiya edildiyi və Müvəkkilin həmin Xartiyanın digər müvafiq maddələrinin də ratifikasiya edilməsi ilə bağlı təkliflər irəli sürdüyü diqqətə çatdırılıb.  

Görüşdə iştirak edən Aparatın beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli Müvəkkilin fəaliyyət dövründə Avropa Şurası və bu qurumun İnsan Hüquqları üzrə Komissarlığı ilə olan əməkdaşlığından, həmçinin Təsisatın Avropa İşgəncələr əleyhinə Milli Preventive Mexanizmlər üzrə şəbəkəsinə üzv olmağından və buradakı aktiv iştirakından danışdı. 

Z. Vəliməmmədli eyni zamanda Azərbaycan Ombudsman İnstitutunun BMT nəzdində Milli İnsan Hüquqları İnstitutu kimi tanındığını və onun BMT yanında Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının üzvü olduğunu diqqətə çatdırmışdır. O, Müvəkkilin mütəmadi şəkildə sözü gedən Alyansın Baş Assambleyasının iclaslarında iştirak etdiyini, İnsan Hüquqları İnstitutlarının fəaliyyətlərinin gücləndirilməsi istiqamətində təkliflərlə çıxış etdiyini qeyd etmişdir. O, həmçinin Təsisatın Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinə üzvlüyü çərçivəsində aktiv fəaliyyətindən də danışmış, sözü gedən şəbəkənin Avropa İttifaqı tərəfindən dəstəklənən Münaqişə və İnsan Hüquqları üzrə lahiyənin məşvərət qrupunda təmsil olunduğunu qeyd etdi.      

Görüşdə həmçinin AŞ ilə Avropa Sosial Xartiyası üzrə birgə təlilmlərin keçirilməsi məsələsi də müzakirə edildi. Qonaq səmimi qəbul və faydalı fikir mübadiləsi üçün təşəkkürünü bildirdi.