Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Əfv Sərəncamının icrası prosesində iştirak edilib

27-05-2025 55 dəfə oxunub
Əfv Sərəncamının icrası prosesində iştirak edilib

Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış növbəti Əfv Sərəncamının icrası prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da iştirak ediblər.

Ombudsmanın nümayəndələri Əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 2, 6, 10, 11, 15, 17 saylı cəzaçəkmə müəssisələrində və 2 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində olublar. 

Müəssisələrdə əfv olunmuş şəxslərə azadlığa çıxmaları haqqında sənədlər təqdim edilib və onlar penitensiar müəssisələrdən azad olunmuş şəxslərin hüquqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası üçün ölkəmizdə yaradılmış imkanlardan istifadə etməyə, dövlətçiliyə sadiq qalmağa çağırılıb.

Qeyd edək ki, əfv olunmuş şəxslər sırasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin vəsatəti əsasında müvafiq siyahıya salınmış şəxslər də var.