
Azəbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş “Azərbaycan Respublikasının təbii sərvətləri xalqın rifahına və ölkənin çiçəklənməsinə xidmət edir” mövzusunda tədbir keçirilib.
Energetika Nazirliyi tərəfindən təşkil olunan həmin tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis olunma tarixi və əlamətdar gün münasibətilə hər il mayın 18-dən iyunun 18-dək keçirilən “İnsan Hüquqları Aylığı”nın məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Çıxışda, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Konstitusiya, beynəlxalq sənədlər və milli qanunvericilik əsasında həyata keçirilmiş islahatlardan, Ombudsman təsisatının bu istiqamətdəki fəaliyyətindən, ölkəmizin təbii ehtiyatlarından səmərəli və hüquqa uyğun istifadənin sosial rifahın təminində və ekoloji təhlükəsizliyin qorunmasında rolundan bəhs edilib.