Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Kanada Səfirliyinin ikinci katibini qəbul edib

05-02-2018 168 dəfə oxunub
Ombudsman Kanada Səfirliyinin ikinci katibini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Kanadanın iqamətgahı Ankara şəhərində yerləşməklə Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliyin siyasi məsələlər üzrə ikinci katibi Antonia Wynne-Hughes ilə görüşdu. 

Tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil təsisatın əsas fəaliyyət istiqamətləri-qanunverciliyin təkmilləşdirilməsi və beynəlxalq sənədlərə uyğunlaşdırılması, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin aparılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri haqqında qonağa ətraflı məlumat verdi.  

2006-cı ildə qəbul edilmiş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və 2011-ci ildə qəbul edilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini üzrə yol xəritəsi  olduğunu,  bu sənədlərin həyata keçirilməsi üzrə işçi qrupuna rəhbərlik etmək  Müvəkkilə həvalə olunduğu qeyd edildi. Sözügedən Milli Fəaliyyət Proqramının icrasının monitorinqi məqsədilə Ombudsman ölkənin 57 şəhər və rayonunun hər birinə səfər etdiyini, əhali ilə görüşlər keçirdiyini, şikayətçiləri təkbətək qəbul etdiyini bildirdi. 

Müvəkkilin təklifi də nəzərə alınmaqla BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolu ratifikasiya edildikdən sonra, Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunması, bu səlahiyyətlərlə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklərin edilməsi barədə məlumat verildi.

Ombudsman MPM qismində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dan çox müəssisəyə planlı və plandan kənar başçəkmələr həyata keçirildiyini, hər bir başçəkmədən dərhal sonra bununla bağlı mətbuata açıqlama verildiyini, həmçinin müvafiq qurumlara müraciət edildiyini söylədi.

Qeyd olundu ki, fəaliyyət dövründə çoxsaylı təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub. Ümumilikdə isə, Ombudsmanın müxtəlif qurumlara 600-dək təklif ünvanlayıb ki, onların da 200-dən çoxu Milli Preventiv Mexanizm qismində fəaliyyətlə bağlı olub və bunların 60 faizdən çoxu təmin olunub və ya icraya yönəldilib.

E.Süleymanova dövlətin humanizm siyasətinə uyğun olaraq, 62 Əfv sərəncamının imzalandığını və 11 amnistiya aktının qəbul olunduğunu, Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 566 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayan məhkumların da əfv edilərək azadlığa buraxıldığı bildirmişdir. O, vurğuladı ki, bu il Azərbaycan BMT-nin Universal Dövri İcmal, BMT-nin  İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabat, həmçinin Müvəkkil tərəfindən sözügedən komitələrə paralel hesabatlar təqdim ediləcəkdir. 

BMT-nın Dayanıqlı İnkişaf Məqsədlərinə toxunan Ombudsman 2017-ci ilin iyul ayında Azərbaycan hökuməti tərəfindən DİM-in icra vəziyyəti barədə BMT-yə könüllü qaydada ilk milli hesabatın təqdim etdiyini diqqətə çatdırdı.

Qeyd olundu ki, 2006-cı ildə Milli İnsan hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən Milli İnsan hüquqları qurumu kimi Paris prinsiplərinə uyğun müstəqil fəaliyyət göstərdiyinə görə Azərbaycan Ombudsmanı “A” statusu ilə akkreditasiya olunub, 2012-ci ildə isə xüsusi icmaldan sonra həmin status ilə yenidən reakkreditasiya edilib.

Müvəkkil Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay ərzində davam etmiş Tvinninq layihəsi haqqında qonağa məlumat verdi və Regional Mərkəzlərin rəhbərləri də daxil olmaqla ümumilikdə Ombudsman Aparatının 29 əməkdaşının layihənin komponentlərinə müvafiq olaraq Avropa təcrübəsi ilə tanış olmaq məqsədilə Avropa İttifaqının 4 müxtəlif üzv dövlətində (Yunanıstan, Polşa, Almaniya, Portuqaliya) təcrübə mübadiləsi keçdiyini qeyd etdi. Layihəyə cəlb edilən yeddi Avropa ölkəsindən 40-dək ekspert Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, insan hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq qanunvericiliyin, Paris Prinsiplərinin tələblərinə cavab verdiyini, Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində tətbiq etdiyi müsbət təcrübələrin və təşəbbüslərin Avropalı həmkarları tərəfindən  yararlanmağının tövsiyə edildiyini diqqətə çatdırıldı. 

Qeyd edildi ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının çağırışı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə bir il davam edəcək kampaniyaya Müvəkkil ölkəmizdə start vermişdir.

E. Süleymanova fəalliyyətində qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpası böyük diqqət yetirdiyini, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq etdiyini bildirdi. 

Ombudsman onun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində  “İnsan hüquqları”, “Genderə giriş” fənləri tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının həyata keçirilməsi bərədə qonağa məlumat verdi.

Qonağı maraqlandıran suallar görüşdə ətraflı cavablandırıldı. 

Sonda Antonia Wynee-Hughes Müvəkkilə səmimi qəbul və təsisatın fəaliyyəti ilə bağlı verdiyi müfəssəl məlumat üçün təşəkkür etdi.