Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Ümumdünya Autizm Haqqında Maarifləndirmə Gününə həsr edilmiş tədbirlərdə iştirak edib

03-04-2018 244 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Ümumdünya Autizm Haqqında Maarifləndirmə Gününə həsr edilmiş tədbirlərdə iştirak edib

BMT-nin 2007-ci il 18 dekabr tarixli qərarına əsasən 2 Aprel tarixi Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü kimi təsis olunub və ümumiyyətlə aprel ayıbütün dünyada həm də Autizm Haqqında Maarifləndirmə ayı kimi də qeyd olunur. Məqsəd isə əhali arasında bu sahədə maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. 

Dünyanın bir sıra ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, Azərbaycan Respublikasında da bu günə həsr olunmuş silsilə maarifləndirmə tədbirləri təşkil edilir.

Bu ənənənin hər il olduğu kimi, 2018-ci ildə də davam etdirilməsi, ölkəmizdə bir sıra binanların mavi işıqla işıqlandırılması və müvafiq maarifləndirmə tədbirlərinin keçirilməsi cəmiyyətin diqqətinin mövcud problemlərin həllinə yönəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində, habelə “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Suraxanı rayonunda 2Aprel Ümumdünya Autizm Haqqında Maarifləndirmə Gününə həsr edilmiş tədbirlər keçirilib. 

Millət vəkillərinin, aidiyyəti dövlət qurumlarının, Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin, “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyətinin, QHT və KİV nümayəndələrinin, müəllim və tələbələrin qatıldığı həmin tədbirlərdə Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov iştirak edib. 

M.Mahmudov tədbirlərdə çıxış edərək, Müvəkkil Elmira Süleymanovanın autizm sindromlu insanların, o cümlədən bu qəbildən olan uşaqların  hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat veribOmbudsmanın təklifinə əsasən “autizm”və digər sinromlara görə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı müddəaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də  öz əksini tapdığını diqqətə çatdırıb. O, autizm sindromunun təkcə tibbi deyil, həm də sosial və psixoloji problemlərə səbəb  olduğunu və buna görə də həmin problemlə mübarizə məqsədi ilə kompleks tədbirlərin görülməsinin, o cümlədən maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini bildirib.

“Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli Ombudsmanın autuzm sinromlu şəxslərə də xüsusi həssaslıqla yanaşdığı və onların mövcud problemlərinin həlli ilə bağlı bir sıra normativ hüquqi aktların hazırlanaraq təsdiq olunması ilə bağlı təkliflər irəli sürüldüyü xüsusi minnətdarlıq hissi ilə vurğulayıb. 

Tədbirlərdə autizm sindromu, onunla mübarizə yolları, valideynlərin bu barədə düzgün məlumatlandırılması, bu qəbildən olan uşaqların psixoloji, pedaqoji və sosial reabilitasiyası, cəmiyyətin onlara münasibətinin müsbət baxımdan dəyişməsi yolları barədə fikirlər böyük maraqla qarşılanıb, mövzu ilə bağlı verilən çoxsaylı suallar cavablandırılıb.