Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman təsisatında beynəlxalq ekspert ilə görüş keçirilmişdir

13-10-2017 10121 dəfə oxunub
Ombudsman təsisatında beynəlxalq ekspert ilə görüş keçirilmişdir

Ombudsman təsasatında Beyynəlxalq Miqrasiya Təşkilatı tərəfindən seçilmiş beynəlxalq ekspert Aneta Arnaudovska qəbul edilmişdir.

Görüşün məqsədi Avropa İttifaqının əsas maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində Təlim Proqramının və kurrikulumun hazırlanması istiqamətində fikir mübadiləsinin aparılması və konstruktiv tövsiyələrin əldə edilməsi olmuşdur. 

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonağı salamlayaraq, miqrantların, o cümlədən insan alveri qurbanlarının hüquqlarının müdafiəsinin ölkə Ombudsmanı Elmira Süleymanovanın insan hüquqları sahəsində həyata keçirdiyi çoxsahəli fəaliyyətin prioritet istiqamətlərindən olduğunu qeyd etmiş, Ombudsman təsisatının bununla bağlı gördüyü işlər barədə qonağa məlumat vermişdir. 

Qeyd edilmişdir ki, Ombudsman təsisatının sözügedən sahədə əsas fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə tədbirlərinin aparılmasıdır.  Əlavə edilmişdir ki, Ombudsman və təsisatın əməkdaşları tərəfindən insan hüquqlarının müxtəlif sahələri üzrə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, habelə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində mütəmadi olaraq seminarlar keçirilir. A. Səfixanlı bildirmişdir ki, hazırda Müvəkkil Elmira Süleymanova Ədliyyə Akademiyasında ilkin uzunmüddətli kurslarına cəlb olunmuş hakimliyə namizədlər üçün mühazirələr oxuyur. Əlavə edilmişdir ki, hüquqi maarifləndirmə məqsədilə təsisatda 185 adda hüquqi nəşr hazırlanaraq çap edilmiş və yayımlanmışdır. 

A.Səfixanlı, miqrasiya proseslərinin idarə olunmasına cəlb olunmuş dövlət qulluqçularının peşə mədəniyyətinin artırılması sahəsində Müvəkkil aparatının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə mütəmadi birgə tədbirlərin təşkil olunduğunu, hazırda Naxçıvan şəhərində növbəti regional təlimin keçirildiyini vurğulamışdır. 

Bununla yanaşı, qeyd olunmuşdur ki, Müvəkkilin nümayəndələri tərəfindən Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın müzakilərərində miqrantların cəmiyyətə inteqrasiyası və digər sahələrdə təkliflər irəli sürülməklə iştirak edilir. 

Milli Preventiv Mexanizmin rəhbəri Rəşid Rumzadə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsman Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu istiqamətdə sistemli fəaliyyətin təşkili məqsədilə Milli Preventiv Qrupun yaradıldığı, qrup tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən insan alveri qurbanlarının saxlanıldığı yerlərə müntəzəm olaraq başçəkmələr həyata keçirdiyini söyləmişdir.

O, qeyd etmişdir ki, Müvəkkil və Aparatın əməkdaşları tərəfindən mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə baş çəkilərək, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemləri öyrənilir, həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərilir. Səlahiyyətli dövlət orqanlarına təkliflər verildiyi və müsbət nəticələr əldə olunduğu vurğulanmışdır.

UNİCEF-lə birgə ölkənin regionları da əhatə olunmaqla, “yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi (Yuvenal Ədliyyə) və və işgəncələrin qarşısının alınması” mövzusunda maarifləndirmə tədbirlərinin və treninqlərin keçirildiyi qonağın diqqətinə çatdırılmışdır.  

Sonda A.Safixanlı kurrikulumun milli və beynəlxalq standartlar əsasında tərtib edilməsini, Ombudsmanın mandatı haqqında məlumatın daxil edilməsini, keçiriləcək təlimlərə Ombudsman təsisatının əməkdaşlarının da ekspert qismində cəlb edilməsini təklif etmişdir.

Görüş qarşılıqlı fikir mübadiləsi şəratində davam etmişdir.