OMBUDSMANA BİRBAŞA MÜRACİƏT
Hörmətli istifadəçilər!
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) elektron xidməti vasitəsi ilə hər bir istifadəçinin, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə hüquqi şəxslərin təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) ünvanına elektron formada müraciət göndərərkən aşağıdakı qaydalara riayət edilməsini xahiş edirik:
- Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Müvəkkil Aparatının Ümumi şöbəsinə daxil olur və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq qeydiyyata alınır və baxılır.
- Müraciətin mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
- Mətn mütləq yazıldığı dilin əlifbası ilə səlis tərtib olunmalı, dilin orfoqrafik qaydalarına riayət edilməklə aydın və səlis cümlələrlə yazılmalıdır.
- Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müraciət edən şəxs özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.<
Müraciətlərin çoxluğunu və işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, bəzi məhdudiyyətlərə əməl etməyinizi xahiş edirik:
- Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır;
- Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır;
- Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və digər əlavələr Müvəkkil Aparatının elektron ünvanına ombudsman@ombudsman.az və ya adi poçtla aşağıdakı ünvana göndərilməlidir.
Azərbaycan Respublikası, Bakı şəhəri, Az1000, Üzeyir Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II Ala qapı.