Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Avropa Milli İnsan Hüquqları İnstitutları Şəbəkəsi (ENNHRI)

Avropa Milli İnsan Hüquqları İnstitutları Şəbəkəsi (European Network of National Human Rights Institutions – ENNHRI) 2013-cü ildə təsis edilmişdir. ENNHRI Avropa regionunda fəaliyyət göstərən milli insan hüquqları institutlarını birləşdirən aparıcı regional platformadır.

ENNHRI-nin fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının Paris Prinsiplərinə əsaslanır və şəbəkə milli insan hüquqları institutlarının müstəqilliyinin, institusional potensialının və beynəlxalq insan hüquqları mexanizmlərində rolunun gücləndirilməsini hədəfləyir. ENNHRI BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Avropa Şurası, eləcə də Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı (GANHRI) ilə sıx əməkdaşlıq edir.

Ətraflı məlumat: https://ennhri.org

ENNHRI-nin məqsədləri

ENNHRI-nin əsas məqsədləri aşağıdakılardır:

● milli insan hüquqları institutlarının institusional və funksional potensialının gücləndirilməsi;

● insan hüquqları sahəsində bilik və təcrübə mübadiləsinin təşviqi;

● milli insan hüquqları institutlarının beynəlxalq və regional insan hüquqları mexanizmlərində əlaqələndirilmiş iştirakının təmin edilməsi;

● milli qanunvericilik və siyasət sənədlərinin beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılmasına dəstək;

● Paris Prinsiplərinə uyğunluğun təşviqi və akkreditasiya proseslərinə töhfə verilməsi.

Fəaliyyət istiqamətləri

ENNHRI fəaliyyətini bir sıra prioritet istiqamətlər üzrə həyata keçirir:

Süni intellekt

Biznes və insan hüquqları

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi

Sığınacaq axtaranlar və miqrasiya

İqlim dəyişikliyi və insan hüquqları

Demokratiya və qanunun aliliyi

İqdisadi və social hüquqlar

 

Azərbaycan Ombudsman İnstitutunun ENNHRI ilə əməkdaşlığı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu 2015-ci ildən etibarən Avropa Milli İnsan Hüquqları İnstitutları Şəbəkəsinin üzvüdür və ENNHRI çərçivəsində Avropa regionunda fəaliyyət göstərən milli insan hüquqları institutları ilə əməkdaşlıq edir.

Ombudsman İnstitutu ENNHRI çərçivəsində:

● şəbəkənin illik Baş Assambleyalarında və paralel tematik sessiyalarında iştirak edir

● milli insan hüquqları institutlarının müstəqilliyi və fəaliyyət effektivliyi ilə bağlı müzakirələrə qoşulur;

● tematik seminarlar, vebinarlar və ekspert müzakirələri vasitəsilə beynəlxalq təcrübə mübadiləsi aparır

ENNHRI tərəfindən hazırlanmış analitik hesabatlar, mövqe sənədləri və tövsiyələr Azərbaycan Ombudsman İnstitutunun elmi-analitik fəaliyyəti və beynəlxalq əməkdaşlıq istiqamətində istifadə olunur. 

ENNHRI ilə əməkdaşlıq Azərbaycan Ombudsman İnstitutunun Paris Prinsiplərinə uyğun fəaliyyətinin möhkəmləndirilməsinə, beynəlxalq insan hüquqları mexanizmləri ilə əlaqələrinin genişləndirilməsinə və milli insan hüquqları institutları arasında regional əməkdaşlığın inkişafına mühüm töhfə verir.