Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müstəqil monitorinq mexanizmi haqqında məlumat

Ombudsmanın müstəqil monitorinq mexanizmi kimi səlahiyyəti:

2023-cü il 9 iyun tarixində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilmiş dəyişikliklərə əsasən, Ombudsman aşağıdakı sahələr üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir:
Əlilliyi olan şəxslərin hüquqları (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi); 
Uşaq hüquqları (“Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi);
Bərabərlik hüququ (Bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi).

Konstitusiya Qanununa əlavə edilmiş 13-3-cü maddəyə əsasən, insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə Müvəkkilin Aparatında monitorinq qrupları yaradılır. 

Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Ombudsmanın və monitorinq qruplarının hüquqları:

● dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla ● (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;
● dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları ● (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;
● həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;
●dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;
●vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.

Monitorinq qrupları:

Konstitusiya Qanununun tələblərindən irəli gələrək Ombudsmanın müvafiq sərəncamı ilə 2024-cü ildə Aparatda 3 monitorinq qrupu təsis edildi:

●“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə monitorinq qrupu;
●“Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə monitorinq qrupu; 
●Bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə monitorinq qrupu.

Monitorinq qruplarının əsas fəaliyyət istiqamətləri:

● Monitorinqlər keçirilməsi;
Qanunvericiliyin təhlili;
Maarifləndirmə;
● Analitik təhlillər aparılması;
● Hesabatlar hazırlanması; 
● Beynəlxalq və yerli qurumlarla, o cümlədən, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq; 
Dövlət qurumları, bələdiyyələr və digər qurumların fəaliyyətinin təkmilləşdirilməsinə dəstək verilməsi;
● Hüquq pozuntları qurbanlarına dəstək göstərilməsi.

Müstəqil monitorinq mexanizmi və beynəlxalq əməkdaşlıq:

Ombudsmanın müstəqil monitorinq mexanizmi funksiyalarının icrası çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin aparılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu baxımdan, Ombudsmanın üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq və regional təşkilatlarla əlaqələrin gücləndirilməsinə, habelə digər ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının müvafiq sahədə müsbət təcrübələrinin öyrənilərək tətbiqinə xüsusi önəm verilir.