Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Ulu Öndərin yüzillik yubileyinə və Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

08-12-2023 11196 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Ulu Öndərin yüzillik yubileyinə və Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Yevlax şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzilliyi və qarşıdan gələn 10 Dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev insan hüquqları sahəsində islahatların və müasir milli hüquq müdafiə mexanizmlərinin banisidir” mövzusunda tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, bir sıra dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri S.Abbasov tədbirdə çıxışı zamanı ölkəmizdə insan hüquqları sahəsində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmiş islahatlar, Ombudsman təsisatının yaradılması haqqında ətraflı məlumat verib.

Regional Mərkəzin rəhbəri dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, ictimai nəzarətin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin insan hüquqlarına və qanunların aliliyinə hörmətin artırılmasında, hüquq bərabərliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığını bildirib.

Tədbirdə mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.