Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə səhiyyə, sosial və penitensiar müəssisələrə başçəkmələr həyata keçirilir

30-12-2020 275 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə səhiyyə, sosial və penitensiar müəssisələrə  başçəkmələr həyata keçirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində növbəti başçəkmələr Səhiyyə Nazirliyinin 1 nömrəli körpələr evi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsi və 4 saylı cəzaçəkmə müəssisəsində təşkil edilib.

Ombudsman Aparatının əməkdaşları Səhiyyə Nazirliyinin 1 nömrəli körpələr evində, Penitensiar Xidmətin Tərbiyə müəssisəsində  olub, uşaqlara və müəssisə əməkdaşlarına qarşıdan gələn bayramlar münasibətilə Ombudsman Səbinə Əliyevanın təbriklərini çatdırıb, onlara bayram sovqatı təqdim ediblər.

Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə növbəti başçəkmə çərçivəsində körpə uşağı olan məhkum qadınlar üçün nəzərdə tutulmuş korpusa baxış keçirilib, məhkum analara Ombudsmanın təbrikləri çatdırılıb və sovqatlar təqdim edilib.

Qeyd olunan müəssisələrin rəhbərliyi ilə  saxlanma şəraitinin təkmilləşdirilməsi, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə diqqətin artırılması məqsədilə milli və beynəlxalq qanunvericiliyə əsaslanaraq tövsiyyələr verilib.