Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlanmışdır

05-12-2023 256 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlanmışdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyəti dövründə əlilliyi olan şəxslərin vəziyyətini, onların hüquqlarının müdafiəsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, səlahiyyətləri daxilində qayğıya daha çox ehtiyacı olan bu şəxslərin problemlərinin mümkün qədər həll edilməsi məqsədilə zəruri tədbirlər görülür.

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslərin Gününün qeyd edilməsi əlilliyi olan şəxslərin hüquqlarını təşviq etməklə yanaşı, geniş ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin problemlərinə yönəltməkdən ibarətdir. Bu məqsədlə, Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektoru tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlanmışdır.