Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman təsisatında Dilarə Seyidzadə ilə görüş keçirilib

05-12-2023 297 dəfə oxunub
Ombudsman təsisatında Dilarə Seyidzadə ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə ilə görüş keçirilib.

Görüşdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə təsisat tərəfindən təşkil edilmiş silsilə tədbirlər barədə danışıb, xalqımızın Ümummilli Liderinin həyat və fəaliyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, fəaliyyəti barədə danışıb. Dilarə Seyidzadə Ümummilli Liderin ölkəmizin müstəqilliyinin bərpası, qorunması və inkişafı istiqamətində müstəsna xidmətlərindən bəhs edib.

Görüş zamanı Dilarə Seyidzadə Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Görüşdə, həmçinin dövlət qulluqçularının fəaliyyətinin və bacarıqlarının təkmilləşdirilməsi üzrə tövsiyələr verilib, Ombudsman Aparatının əməkdaşlarının sualları cavablandırılıb.