Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Aparatının Məlumatı

31-10-2020 4459 dəfə oxunub
Ombudsmanın Aparatının Məlumatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara video-müraciət edib. 

Müraciətdə təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığınıbeynəlxalq humanitar hüququn, o cümlədən Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında UNESCO-nun 1954-cü il Haaqa KonvensiyasıDünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il KonvensiyasıMüharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə KonvensiyasıArxeoloji irsin mühafizəsi haqqında 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunmuş, milli, mənəvi, dini terroru həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırılıb.

 

https://www.dropbox.com/s/z4uk0skwqujtm2x/Monitoring%20in%20Ganja.MP4?dl=0