Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Lənkəranda şəhid övladları ilə görüş keçirib

01-12-2023 294 dəfə oxunub
Ombudsman Lənkəranda şəhid övladları ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Vətən müharibəsi şəhidlərinin övladları üçün Lənkəran şəhərində birgə tədbir keçirib.

Tədbir çərçivəsində Lənkəran, Masallı, Lerik və Astarada yaşayan şəhid ailələri ilə görüş zamanı Səbinə Əliyeva şəhid ailələrinin problemlərinin həll edilməsinə, onların hüquqlarının müdafiəsinə hər zaman diqqətlə yanaşıldığını bildirib.

Ombudsman ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın heç vaxt unudulmayacağını, onların xatirəsinin əziz olduğunu qeyd edib.

Müvəkkil tərəfindən şəhid ailələrinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addımların atılacağı qeyd olunub.

Tədbir çərçivəsində, həmçinin uşaqlar üçün mədəni proqram təşkil edilib.