Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli məhkəmə sisteminə çıxış imkanlarının artırılması” mövzusunda seminarda çıxış edib

27-11-2023 400 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli məhkəmə sisteminə çıxış imkanlarının artırılması” mövzusunda seminarda çıxış edib

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) və Məhkəmə-Hüquq Şurasının dəstəyi ilə “Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli məhkəmə sisteminə çıxış imkanlarının artırılması” mövzusunda hakimlər, vəkillər, hüquqşünaslar, dövlət qurumlarının nümayəndələri və hüquq məsələləri üzrə beynəlxalq ekspertlərin iştirakı ilə ikigünlük seminar təşkil edilib.

Seminarda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova Ombudsmanın məcburi köçkünlər, qaçqınlar, sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib. Bu sahədə xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyi vurğulanıb.

Tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsinin eksperti tərəfindən həmin məhkəmənin təcrübəsi və presedent hüququ barədə təqdimatlar edilib.

Daha sonra tədbir iştirakçıları tərəfindən Ombudsman Aparatı, Dövlət Miqrasiya Xidməti və BMT QAK-ın birgə təşəbbüsləri ilə vətəndaşsızlıq riski altında olan xüsusi həssas qrupların müəyyən edilməsi, sənədləşdirilməsi və məlumatlandırılması sahəsində əldə edilmiş müsbət nəticələr diqqətə çatdırılıb.