Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi narkomaniya ilə mübarizəyə dair tədbirdə iştirak edib

27-11-2023 315 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi narkomaniya ilə mübarizəyə dair tədbirdə iştirak edib

Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Şəhla Aslanova Gənclərin Antinarkomaniya İctimai Birliyi tərəfindən “Həyatına dəyər ver” şüarı altında Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən maarifləndirici tədbirdə iştirak edib.

ATMU-nun rəhbərliyi və tələbələrinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatları, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri çıxış ediblər. Çıxışlar zamanı narkomaniyanın səbəb olduğu sosial fəsadlar, hazırda ölkədə bu sahədə vəziyyəti əks etdirən statistik göstəricilər diqqətə çatdırılıb, gənclərin təhsilə və şəxsi inkişaflarına diqqət ayırmasının, asudə vaxtın səmərəli təşkilinin əhəmiyyəti vurğulanıb.

Ombudsman Aparatının nümayəndəsi çıxışında iştirakçılara Müvəkkilin narkomaniya ilə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə fəaliyyəti, regionlarda uşaq və gənclərin iştirakı ilə keçirilən tədbirlər, bu sahəyə dair şikayətlərin araşdırılması, habelə narkomaniyanın qarşısının alınması ilə bağlı illik məruzələrdə verilmiş təkliflər barədə məlumat verib. Bununla yanaşı, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə adaptasiyası və ayrı-seçkiliyə məruz qalmalarının qarşısının alınması istiqamətində tədbirlərin zəruriliyi də diqqətə çatdırılıb.

Tədbirdə Gənclərin Antinarkomaniya İctimai Birliyi tərəfindən hazırlanmış sosial videoçarx nümayiş etdirilib.