Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda onlayn tədbir keçirilib

19-09-2020 428 dəfə oxunub
“Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda onlayn tədbir keçirilib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə nümayəndəliyi,  Lənkəran şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə adıçəkilən qurumların əməkdaşları, rayonun gəncləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət siyasəti olan dini dözümlülüyün, milli-mənəvi dəyərlərin və tolerantlıq nümunələrinin düzgün şəkildə gənclərə təbliğ edilməsi, gənclərin insan hüquqları haqqında məlumatlılıq səviyyəsinin artırılmasından ibarət olub.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması və gənclər arasında anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi” mövzusunda çıxış edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq region gəncləri arasında humanizm və sülhsevərlik dəyərlərinin təbliği istiqamətində müsbət addımların atıldığı diqqətə çatdırılıb, onlayn tədbirin Dövlət Proqramının icrası istiqamətində keçirildiyi qeyd olunub. Həmçinin çıxışlar zamanı ölkə başçısının bu sahəyə göstərdiyi qayğı nəticəsində Azərbaycanda dövlət -din münasibətlərinin yüksək səviyyədə olduğu bildirilib.